Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2022 19:34
Finlandiyanın əsas gündəmi baş nazir Sanna Marindir. 36 yaşlı baş nazirin qatıldığı ziyafət görüntülərinin əks-sədaları sosial mediada davam edərkən, Marinin yeni görüntüləri ortaya çıxıb.
Sosial media yenidən Finlandiyanın baş naziri Sanna Marin haqqında danışır...
İştirak etdiyi festival və geyindiyi paltarla ölkə gündəmini zəbt edən 36 yaşlı baş nazir təxminən bir həftədir ki, sızdırılan görüntüləri ilə gündəmdədir.
Daha əvvəl qatıldığı gecələrdən iki videosu olan Marinin yeni görüntüləri yayımlanıb.
İngilis Daily Mail-də çıxan xəbərə görə, Marini bu dəfə keçmiş gözəllik kraliçası müşayiət edir.
Britaniya mətbuatı həmin görüntüləri "Finlandiyanın partisevər baş naziri" başlığı ilə oxucularına təqdim edib.
Yeni sızan görüntüdə 36 yaşlı baş nazirlə rəqs edən şəxsin Finlandiyanın sosial media fenomeni və keçmiş gözəllik kraliçası Sabina Särkkä olduğu bildirilib.
Marin daha əvvəl gecə klubunda 38 yaşlı fin müğənni Olavi Uusivirta ilə rəqs edərkən görüntülənib.
Bu videodan bir neçə gün əvvəl baş nazirin məşhur adlarla bir evdə keçirdikləri gecənin görüntüləri sızıb.
Reaksiyalardan sonra narkotik testi edilən Marinin test nəticəsi mənfi olub.
Məlum olub ki, Marin əvvəllər əlaqə saxladığı gecə klubuna gedib.