Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Başqa ölkəyə istirahətə getmişdi, ildırım vurdu

Başqa ölkəyə istirahətə getmişdi, ildırım vurdu

Tarix: 24 Avqust 2022 16:48

Qızı ilə Xorvatiyaya tətilə gedən britaniyalı turisti çimərlikdə istirahət edərkən ildırım vurub.

Milli.Az Mirror-a istinadən bildirir ki, hadisə uşağın gözü qarşısında baş verib.

Şənbə günü, avqustun 20-də günortadan sonra 47 yaşlı britaniyalı qadın və qızı məşhur Split kurortunda çimərlikdə vaxt keçirib. Qeyd olunub ki, həmin gün hava kəskin şəkildə pisləşib - parlaq günəşi tufan əvəz edib və turistlərlə dolu sahil cəmi 10 dəqiqəyə boşalıb. Bu zaman səyahətçilər oteldəki havadan sığınmaq üçün qaçarkən qadını ildırım vurub.

Xoşbəxt bir təsadüf nəticəsində bir tibb işçisi tez bir zamanda britaniyalı qadının köməyinə gəlib - otelin yaxınlığında həkimin iştirak etdiyi triatlon yarışı keçirilib. Həkim qadını reanimasiya edə bilib, daha sonra onu təcili tibbi yardım briqadasına təhvil verib.

Hazırda turist xəstəxanadadır, onun ağır kəllə-beyin travması və çoxsaylı bədən yanıqları var. Onun həyatı üçün təhlükə olmadığı bildirilib. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün hadisə yerində araşdırma aparılacaq.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Başqa ölkəyə istirahətə getmişdi ildırım vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ