Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2022 19:00
Rusiyada Vladivostokda 33 yaşlı qadın oğlunu məftillə döyüb və ona bıçaq atıb.
Sonxeber.net bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin saytında məlumat verilib.
İdarədən verilən məlumata görə, ana uşağı yatmağa qoymayıb və sistemli şəkildə döyüb. 2021-ci ilin dekabrında o, oğluna bıçaq atanda oğlan kürəyindən kəsilmiş yara alıb. 2022-ci ilin yayında, istintaqa görə, qadın uşağını alçaldıb, əlləri və ayaqları ilə döyüb.
Müstəntiqlər azyaşlıya qarşı işgəncə maddəsi ilə cinayət işi açıblar. Rusiyalı qadın saxlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi üzrə araşdırma aparır.
İrfan Vəliyev