Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarif Şurasından benzin və dizelin qiymətilə bağlı AÇIQLAMA

Tarif Şurasından benzin və dizelin qiymətilə bağlı AÇIQLAMA

Tarix: 24 Avqust 2022 19:56

Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək.

Bu barədə Milli.Az-a Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib.

Şuranın məlumatında bildirilir ki, ümumiyyətlə qeyd olunan məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında" qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcək.

Milli.Az


Etiketlər:  Tarif Şurasından benzin dizelin qiymətilə bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ