Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Anam sonra çəkilməyə qoymadı, mənə görə çəkilişlər dayandı...”

“Anam sonra çəkilməyə qoymadı, mənə görə çəkilişlər dayandı...”

Tarix: 25 Avqust 2022 17:48

"Uşaq idik, film çəkilişi bizim üçün həddindən artıq çətin idi. Nə qədər çətin də olsa geri çəkilmək fikrimiz yox idi. Mən və Rəşid rolunun ifaçısı Azər Qurbanov baş rolda olduğumuz üçün iri planlarımız çox idi. İyul ayı idi, havalar isti idi. Həm günəşin istisi bizi yandırırdı, həm də projektorların işığı. İri planlarımız çəkilən kimi başlayırdılar bizi yelləməyə. Möhsün Sənani bizə ata qayğısı göstərirdi. Çəkiliş qurtaran kimi bizi maşınına mindirirdi, deyirdi ki, "gəlin sizi aparım Şıxova, bir az hava alın"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Sehrli xalat" filminin Zərifəsi Solmaz Hətəmova deyib. O daha sonra əlavə edib.

"Mənim üçün bütün çəkiliş günlərim yaddaqalan idi. Orada bir səhnə var, guya Zərifə gələcəkdə qalır, sonra İyokiyo baba məni karopkadan çıxarır. Bax o səhnə çox çətinliklə çəkilib. İndi texnika var, hər şeyi asanlıqla çəkirlər. O vaxt yeşiyi qoymuşdular, arxa hissəsi açıq idi. Yeşiyin arxasından uzun relslər gedirdi. Relsin axırında mən dayanırdım. O kadr çətinliklə çəkilsə də pis alınmayıb, yaxşı alınıb" deyə sənətçi bildirib.

Solmaz Hətəmova bildirib ki, anası daha sonra onun filmdə çəkilməsinə etiraz edib. Səbəbinə gəlincə isə.

"Film bizim yay tətilimizdə çəkilirdi. O vaxt biz may ayında tətilə çıxırdıq, sentyabr ayına kimi. Anam da tətildə idim deyə filmdə çəkilməyimə icazə vermişdi. Sentyabr ayı gəldi, dərslər başladı, anam dedi ki, "daha kinoya çəkilməyin qurtardı". Filmin 80 faizini çəkmişdilər. Mənə görə 3-4 çəkiliş günü dayandı. Filmin direktoru, rejissor Əlisəttar Atakişiyev bizə gəldilər, anama izah etdilər ki, hər gün üçün onlar pul itirirlər. Anamla danışıb razılığa gəldilər, 2 ay da əlavə çəkildim. Mənim üçün müəllim də tutdular ki, dərslərimdən geri qalmayım" deyə sənətçi bildirib.

Milli.Az


Etiketlər:  Anam sonra çəkilməyə qoymadı mənə görə çəkilişlər dayandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ