Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 18:44
Türkiyəli müğənni Oğuzhan Koçla nikah masasına oturmağa hazırlaşan aktrisa Demet Özdəmir toyunda 3 gəlinlik geyinəcək.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, modelyerlər Eda Güngör, Nihan Peker və "Alexander McQueen"ə məxsus gəlinliklərə aktrisa 200 min lirə (təxminən 18 min 760 manat) ödəyib. Özdəmir toydan sonra libaslarından birini instaqram izləyicilərindən ən yaxın vaxtda ailə quracaq xanıma hədiyyə edəcək.
Qeyd edək ki, cütlüyün toyu avqustun 26-da keçiriləcək.