Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onların görmək istədiyi yerdəyəm''

''Onların görmək istədiyi yerdəyəm''

Tarix: 26 Avqust 2022 18:30

Müğənni Günay İbrahimli "Söz baz" verilişində qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi ailəsi barədə danışıb. O, anasının arzularını gerçəkləşdirdiyi deyib:

"Valideynlər yeganə varlıqdır ki, nə edirsən et, səni bağışlayırlar. Düzdür, hərdən onlarla razılaşmırıq, hirslənirik. Valideyninə ərkin çatır, deyirsən "yox, elmirəm". Kin saxlamırsan, 1 saata, 5 dəqiqəyə unudursan. Valideynlərin arzuları bitmir. Ana-atalar övladının təhsil almasını, ağıllı olmasını, ailəsi, sənəti olmasını istəyir. Azrularının çoxunu reallaşdırmışam, məncə, onların görmək istədiyi yerdəyəm. Anamın gözəl səsi var, yaxşı rəqs edə bilirdi. O vaxtı istəyirmiş sənəti davam etdirsin, ailə qurub və alınmayıb. Həmişə deyir ki, mənim arzularımı sən reallaşdırırsan. Mən özümü şanslı xanım hesab edirəm ki, valideynlərim mənə dəstək olublar".


Etiketlər:  Onların görmək istədiyi yerdəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ