Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni evlənənlərin fotosessiya istəyi başlarına bəla oldu

Yeni evlənənlərin fotosessiya istəyi başlarına bəla oldu

Tarix: 26 Avqust 2022 19:02

Böyük Britaniyada yeni evlənənlər toydan sonra fotosessiyaya gediblər və pirat Sally adasında ilişib qalıblar.

Milli.Az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Şaniya və onun əri Sohil toy mərasimindən sonra şəkil çəkdirmək istəyib və fotoqraf Mehul Şahın müşayiəti ilə sahilə gəliblər. Daha sonra onlar Sally adasına tərəf gediblər.

Cütlük quruya qayıtmaq üçün xəbərdarlıq işarələrinə məhəl qoymayıb və bir saatlıq fotosessiyadan sonra sürətlə yüksələn suya düşüb. Xilasedicilər yeni evlənənlərə kömək etməyə tələsiblər: toy fotoqrafının çəkdiyi bəzi şəkillərdə onları görmək olub.

"Bizə çatanda onlar dedilər: "Təbrik edirik, siz birincisiniz. Biz heç vaxt yeni evlənənləri xilas etməmişik", - gəlin deyib.

Qayığa minərkən Şaniya ağ paltarını islatmamaq üçün əli ilə tutub. Bəy də şalvarını bükərək qayaların üstünə çıxıb, sonra gəlinin yanındakı qayığa tullanıb. Cütlüyə toy geyimlərinin üzərinə geyinmələri üçün xilasedici jiletlər verilib.

Sally kiçik bir adadır. Orta əsrlərdə ada qaçaqmalçılar tərəfindən daşınma bazası kimi istifadə olunub. XIII əsrdə adada belə bir baza pirat Alfredo de Marisko tərəfindən yaradılıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Yeni evlənənlərin fotosessiya istəyi başlarına bəla oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ