Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2022 07:42
Allergiyanın əlamətləri allergiyanın növlərinə görə dəyişir.
Allergik rinit zamanı aşağıdakı əlamətlər özünü göstərir:
* asqırma
* burun, göz və ya ağızda qaşınmalar
* burun axması və ya tutulması
* sulu, şişmiş və qızarmış gozlər.
Qida allergiyası özünü aşağıdakı əlamətlərlə göstərir:
* ağızda geyişmə
* dodaq, dil, üz və boğazda şişkinlik
* dəridə səpgilər
* anafilaktik şok.
Böcək sacması zamanı allergiya baş verdikdə müşahidə olunanlar:
* böcək sancan nahiyyədə şişkinlik
* qaşıntı və bütün bədəndə səpgi
* öskürək, nəfəs daralması
* anafilaktik şok.
Dərman allergiyası zamanı baş verən əlamətlər:
* dəridə səpgilər və qaşınmalar
* istilik və ya üşütmə
* üzün şişməsi
* xırıltı
* anafilaktik şok.
Dəriyə toxunan zaman meydana çıxan allergik əlamətlər:
* qızartı
* qaşıntı
* qabıqvermə
* anafilaktik şok.
Allergiyanın ağırlaşması anafilaktik şokdur ki, bu zaman aşağıdakı əlamətlər meydana çıxır:
* huşun itməsi
* arterial təzyiqin düşməsi
* nəfəs çatışmazlığı
* dərinin rəngini dəyişməsi
* sayıqlama
* nəbzin zəifləməsi
* ürəkbulanma və qusma.