Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın evdə kifə görə öz adını unutdu

Qadın evdə kifə görə öz adını unutdu

Tarix: 29 Avqust 2022 21:10

Evdə kif olduğuna görə, avstraliyalı Emi Skiltonda 37 yaşından başlayaraq inhalyasiya demensiyası adlanan xəstəlik inkişaf edib.

Sonxeber.net bildirir ki, "NYP" nəşri öz adını unudan qadın haqda yazıb.

2016-cı ildə Skilton və əri yeni evə köçüblər və bir neçə aydan sonra özlərini pis hiss ediblər. Qadın müxtəlif növ allergiya və yorğunluqdan şikayətlənib, gözlənilmədən onun on kiloqram çəkisi artıb. Nevroloq ona Alzheymer xəstəliyinin inhalyasiya forması diaqnozu qoyub. İnkişaf edən demensiya səbəbindən avstraliyalı necə geyinəcəyini, skuterin saxladığı yeri unudub, adının göstərilməli olduğu sənədlərdə nə yazacağını başa düşməyib.

Qadının özü sosial şəbəkələrdə dostunun ərinin səhhətinə mənfi təsir göstərən sızma nəticəsində yaranan kif haqqında yazı görənə qədər həkimlər xəstəliyin səbəbini tapa bilməyiblər. Sonra avstraliyalı öz evinin altındakı qarajda da sızma olduğunu xatırlayıb. Onun xahişi ilə çağırılan tikinti bioloqu sızma nəticəsində qadının yatdığı xalçaları və döşəyi kif bağladığını təsdiqləyib. Eyni zamanda edilən bir genetik test Skiltonun kif toksinlərinə qarşı həssaslığının artdığını təsdiqləyib.

O, baş verənlərə görə günahı daşınmaz əmlak şirkətinin üzərinə yıxıb, iddiaya görə şirkət problemdən aylardır xəbərdar olub. İndi 42 yaşlı Emi Skilton yeni evə köçüb, xəstəlikdən sağalıb və kif xəstəliyi üzrə mütəxəssis olub.

İrfan Vəliyev


Etiketlər:  Qadın evdə kifə görə adını unutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ