Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 19:40
"İndi mən neynəməliyəm ki? Gedib üzümə "pudra-kraska" vurub, alnımı dartdırıb, başıma parik qoyub və ya saç əkdirməliyəm? Olmalıyam həmin şeyləri edən müğənnilərin tayı? Xeyr, heç zaman etmərəm".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev qonaq olduğu "Nahara az qala" mətbəx şousunda deyib.
Sənətçi yaşlı nəslin kişi sənətkarlarının xarici görkəminə əl gəzdirmələrinə etiraz edib.
"Özünə qulluğu qadınlar edir. Amma kişilər bunu etməz. Deyirlər ki, efir adamıdır qulluq etməlidir. 70 yaşından sonra özünə baxma. Eyibdir axı. 60 yaşına qədər qulluq edə bilərsən. Hələ cavansan axı. Biraz oranı, buranı dartarsan, alnındakı qırışları açdırarsan".