Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Uduzduğum üçün atam evə buraxmadı''

''Uduzduğum üçün atam evə buraxmadı''

Tarix: 30 Avqust 2022 21:05

"Hərbçi ailəsində doğulmuşam. Anam müəllim, atam isə hərbçi olub. Kişi kimi formalaşmağımı atama borcluyamm. Gənc yaşında maşın sürməyi öyrədib. Bir amalı olub, heç vaxt eşitməsin ki, "Sənin oğlunu döymüşük. Özündən balacalara da döyülsən, onu da sənə bağışlamaram. Dalaş, amma özündən böyüklə. Gücün də çatmasa, daşı vur başına" deyirdi".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rüfət Axundov "Söz baz" proqramında deyib. Sənətçi belə bir hadisəyə görə cəzalandırıldığını bildirib:

"Bir dəfə həyətimizdə özümdən böyük dostuma güləşdə uduzdum. Atam məni evə buraxmadı. Dedi, "Olmaz. Nə vaxt udarsan, onda gələrsən". Atam yatandan sonra anam evə buraxdı. Səhəri gün güləşdim, dedim ki, udmuşam. Atam elə şeyi götürmürdü. Bizdə uduzmaq söhbəti ola bilməzdi".


Etiketlər:  Uduzduğum üçün atam evə buraxmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ