Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 23:42
Fransanın keçmiş prezidenti Fransua Olland çizgi film səsləndirib.
Eks prezident ibtidai insanlardan bəhs edən "Şəhərdə Çaxmaq daşı" komik uzun metrajlı cizgi filmində personajlardan birini səsləndirib. Filmin rejissoru eks prezidentin hansı obrazı canlandırdığını açıqlamasa da bildirib ki,
"Unikal" xəbər verir ki, bu barədə DNT məlumat yayıb.
Şəklin rejissoru eks-prezidentin hansı obrazı səsləndirdiyini açıqlamasa da, Ollandın personajının filmin əvvəlində görünəcəyini və film boyu baş qəhrəman olacağını deyib. Filmin 2023-cü ildə nümayiş olunacağı gözlənilir.
Qeyd edək ki, çəkilişdə Fransua Ollandın həyat yoldaşı, aktrisa Julie Gayet də iştirak edib.
Xatırladaq ki, eks-prezidentlə aktrisanın toyu bu ilin iyun ayında olub və ictimaiyyət onların romantik münasibətlərindən 2014-cü ildə xəbər tutub.