Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada yanğın 10 hektar ərazini əhatə edir - YENİLƏNİB

Zaqatalada yanğın 10 hektar ərazini əhatə edir - YENİLƏNİB

Tarix: 31 Avqust 2022 13:54

13:51

Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri yanğınsöndürmə işlərini davam etdirir.

Milli.Az bildirir ki, FHN-in 100 nəfər şəxsi heyəti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət daha 100 nəfər yanğının söndürülməsində iştirak edir.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov "Report"un yerli bürosuna bildirib ki, yanğın 10 hektar ərazini əhatə edir. Yanğın nəticəsində kol-kos, qurumuş ot və yıxılmış ağaclar yanır.

Hazırda yanğın davam edir.

---------

10:48

Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş verən yanğın 3 hektar ərazini əhatə edib.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Əkbər Muradov bildirib. Onun sözlərinə görə, dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə Şabranla yanaşı, Siyəzən, Xızı və Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Bundan əlavə Ekologiya Nazirliyinin və Şabran rayon İcra Hakimiyyətinin əməkdaşları da yanğının söndürülməsində iştirak edirlər.

Ə.Muradov yanğının ümumilikdə 3 hektar ərazini əhatə etdiyini, yanğının məhdudlaşdırıldığını və hazırda ərazidə soyutma işlərinin aparıldığını qeyd edib.

Qeyd edək ki, ərazidə yanğın avqust ayının 30-da qeydə alınıb. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, əlavə olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

------

09:37

Zaqatala və Şabranda mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə baş verən yanğınlar davam edir.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hazırda nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşları tərəfindən yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ötən gün etibarilə hər iki rayonda mürəkkəb reylefli dağlıq-meşəlik ərazisində yanğınlar başlayıb. Zaqataladakı yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 70 nəfərə yaxın canlı qüvvəsi, 2 ədəd helikopteri, Ekologiya və Təbi Sərvətlər Nazirlinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Milli.Az


Etiketlər:  Zaqatalada yanğın 10 hektar ərazini əhatə edir YENİLƏNİB


RƏYLƏR