Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qazprom”: Şimal axını ilə tədarük tamamilə dayandırılıb

“Qazprom”: Şimal axını ilə tədarük tamamilə dayandırılıb

Tarix: 31 Avqust 2022 13:00

"Şimal axını" ("Nord Stream-1" - red.) qaz kəməri ilə Rusiya qazının tədarükü tamamilə dayandırılıb. Bu gün Portovaya kompressor stansiyasında işlək vəziyyətdə qalan yeganə qaz vurma qurğusunda təmirə başlanılıb.

Sonxeber.net "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Qazprom" şirkətinin məlumatında bildirilir.

"Şimal axını" ilə tədarük tamamilə dayandırılıb və bu gün qaz vurma qurğusunda planlı-xəbərdaredici işlərə başlanılır", - məlumatda deyilir.

Qeyd edək ki, "Nord Stream-1" Rusiya ilə Almaniya arasında magistral qaz kəmərinin Baltik dənizinin dibi ilə keçən hissəsidir.


Etiketlər:  Qazprom Şimal axını ilə tədarük tamamilə dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ