Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2019 15:28
“Atletiko”nun prezidenti Enriko Sereso Antuan Qrizmannın nəzərdə tutulduğu vaxtdan tez transfer etdiyinə görə “Barselona”nın 300 avro cərimə olunmasına münasibət bildirib.
Qol.az İspaniya mətbuatına istinadla xəbər verir ki, o deyib:
“Mən “Barselona”nın bu cəriməsini öz cibimdən verməyə hazıram. Bu, normal deyil. Amma qayda belədir. Arzu edirəm ki, “Barselona” klubu və azarkeşləri Qrizmanna “Atletiko”da olduğu kimi münasibət bəsləsinlər, futbolçu isə öz oyunundan həzz alsın. Əgər biz qarşılaşsaq, Qrizmannla heç bir problem olmadan görüşəcəyəm”.