Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir ailənin 4 üzvünü avtomobil vurdu - VİDEO

Bir ailənin 4 üzvünü avtomobil vurdu - VİDEO

Tarix: 31 Avqust 2022 17:10

Rusiyada Perm diyarının Solikamsk şəhərində avtomobil sürücüsü yüksək sürətlə hərəkət edərək yolu keçən bir ailəni vurub.

Milli.Az bildirir ki, qəza videoya düşüb, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Görüntülərdə dörd nəfərdən ibarət qrupun piyada keçidi üzərində yolu keçdiyi görünüb. Onlardan biri sürətlə gedən avtomobildən qorunmaq üçün dayanıb, digər üçü isə "Toyota" markalı avtomobilin qarşısından qaçmağa vaxt tapmayıb, sürətləniblər. Sürücü sürəti azaltmayıb və insanları elə güclə vurub ki, onlar bir neçə metr kənara atılıb. Bundan sonra o, zərərçəkənlərə kömək etməyib və qəza yerindən uzaqlaşıb. Zərərçəkənlər asfaltda qalıblar.

"Mash"ın məlumatına görə, zərərçəkənlərdən biri, 47 yaşlı qadın hadisə yerində ölüb. Daha iki nəfər xəstəxanaya yerləşdirilib. 22 yaşlı qız reanimasiyaya düşüb. Zərər çəkənlərin hamısının bir ailənin üzvləri olması faktını REN TV yayıb.

Sürücü hələlik tapılmayıb - o, maşını tərk edərək hadisə yerindən qaçıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Bir ailənin 4 üzvünü avtomobil vurdu VİDEO


RƏYLƏR