Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gün gələcək ki, bizə xəyanət edənlərə qarşı vuruşmalı olacağıq” - Asratyan

“Gün gələcək ki, bizə xəyanət edənlərə qarşı vuruşmalı olacağıq” - Asratyan

Tarix: 1 Sentyabr 2022 08:50

"Allah eləməsin, gün gələcək ki, bizə xəyanət edənlərə qarşı vuruşmalı olacağıq".

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun "müdafiə ordusu"nun keçmiş mətbuat katibi Senor Asratyan öz Facebook səhifəsində yazıb.

O bildirib ki, elə bir məqam yetişəcək ki, "arsax" xalqı ona xəyanət edənlərə qarşı da müharibə qanunlarına uyğun hərəkət etməyə məcbur olacaq.

"Qarabağı Azərbaycana təslim etməklə nəhayət əmin-amanlıq və firavan yaşayacağını düşünən ermənilər, bunu evsiz və vətənsiz qalan minlərlə başqa erməni ailəsi hesabına etdiklərini xatırlasınlar...

Minlərlə Qarabağlı uşaq və qocanı evsiz və yurdsuz qoyub, Nikol, Qrzo və ya Andonun yaratdığı vətəndə Qarabağsız yaşayacağına inanan erməni, çox güman ki, "arsax" xalqını heç tanımır.

"Arsax"lını tanımayanlar üçün deyim ki, bu, əsrlər boyu müharibəyə nifrət edən, buna baxmayaraq, öz doğma ocağı və milli ləyaqəti naminə müharibə qanunları ilə yaşamağa və hərəkət etməyə məcbur olan erməni tipidir.

Allah eləməsin, elə bir məqam yetişsin ki, o, ona xəyanət edənlərə qarşı bu qanunlara uyğun davranmağa məcbur olsun", - deyə Asratyan sərsəmləyib.

Milli.Az


Etiketlər:  Gün gələcək bizə xəyanət edənlərə qarşı vuruşmalı olacağıq Asratyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ