Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Zeynəb Xanlarova ola bilməsəm də...” - VİDEO

“Zeynəb Xanlarova ola bilməsəm də...” - VİDEO

Tarix: 1 Sentyabr 2022 18:00

"Anam kitabxanada işləyirdi. İşdən tez-tez icazə alırdı. Deyirdilər ki, "Hər gün Gülayı o qapıya aparırsan, bu qapıya aparırsan, guya Zeynəb Xanlarova olacaq?". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı qonaq olduğu " Tam Vaxtıdır" gecə şousunda deyib. 

Sənət həyatında məşhurlaşmağından söz açan ifaçı buna görə anasının böyük zəhmətinin olduğunu dilə gətirib.   

"Bir gün anamın iş yerinə gəldim. Anamın işlədiyi yerdə isə fortepianodan dərslər alırdım. Anamın otağına girib gördüm ki, ağlayır. Ona söylədim ki, "Zeynəb Xanlarova ola bilməsəm də, Gülay Qədirova kimi mənim də adım tanınar və heç zaman sənin əziyyətini yerdə qoymaram".

Elə də oldu. Allah anamın da, mənim də əziyyətini yerdə qoymadı. Əsas odur ki, Allah ağlımızı başımızdan almadı. Hər zaman rastıma yaxşı insanlar çıxdı və dəstək olan insanlar da çox oldu".

Qeyd edək ki, Gülay fitnes məşqçi Kamil Zeynallı ilə evlidir. Cütlüyün Sahilə adlı qız övladı var. 

Milli.Az


Etiketlər:  Zeynəb Xanlarova ola bilməsəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ