Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşunun həyətindəki gülləri suladığına görə həbs edildi

Qonşunun həyətindəki gülləri suladığına görə həbs edildi

Tarix: 1 Sentyabr 2022 20:30

Alabama ştatında özgə həyətində gülləri sulayan kişi saxlanılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, polis bölməsində həmin şəxs özünü keşiş Cenninqs kimi təqdim edib və bildirib ki, səfərdə olan qonşuların bağına qulluq edir.

Lakin o, qanuna əsaslanaraq, sənədin yalnız cinayət və ya hüquq pozuntusu şübhəsi olduqda göstərilməli olduğunu əsas gətirərək, şəxsiyyət vəsiqəsi təqdim etməkdən imtina edib.

Keşiş polisi irqi ayrı-seçkilikdə ittiham edib. O, həqiqəti dediyini sübut etməyə çalışsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları ona inanmayıblar.

Cenninqsin sözlərini onun saxlanıldığı evin sahibi də təsdiqləyib və yalnız bundan sonra keşiş sərbəst buraxılıb.

O, qanunsuz həbsi üçün məhkəməyə müraciət edəcəyini bildirib.


Etiketlər:  Qonşunun həyətindəki gülləri suladığına görə həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ