Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 08:16
Prezident Volodimir Zelenski Ukraynanın şərqindəki vəziyyəti həll etmək üçün ölkənin təmas qrupundakı nümayəndə heyətini rəsmən ləğv edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bununla bağlı müvafiq sərəncamlar cümə axşamı dövlət başçısının saytında yerləşdirilib.
"Ukrayna Prezidentinin 5 may 2020-ci il tarixli 167/2020 nömrəli "Ukraynanın Üçtərəfli Əlaqə Qrupunda iştirak etmək üçün nümayəndə heyəti haqqında" Fərmanı qüvvədən düşmüş hesab edilsin", - sənəddə deyilir.
Ümumilikdə, dünənki fərman Ukrayna nümayəndə heyətinin təmas qrupunda fəaliyyəti və heyətin tərkibi ilə bağlı 2020-2021-ci illər üzrə Prezidentin altı fərmanını ləğv edir.
Sənəd dərc edildiyi gündən qüvvəyə minib.