Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zibil maşını iki azyaşlı qızın üzərindən keçdi - VİDEO

Zibil maşını iki azyaşlı qızın üzərindən keçdi - VİDEO

Tarix: 2 Sentyabr 2022 19:40

Rusiyanın Moskva vilayətinin İstra şəhərində zibil maşını iki azyaşlı qızın üzərindən keçib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisənin videosu zibil maşınının arxasınca hərəkət edən avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində azyaşlılardan biri hadisə yerindəcə ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri bildiriblər ki, uşaqlar yolu keçərkən anaları onların yanında olmayıb. Üstəlik azyaşlılar yolun digər tərəfinə piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməyə çalışıblar.

Hadisənin digər təfərrüatı hələlik məlum deyil.


Etiketlər:  Zibil maşını azyaşlı qızın üzərindən keçdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ