Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu yay məşhurların puç olan sevgi romanları - FOTO

Bu yay məşhurların puç olan sevgi romanları - FOTO

Tarix: 3 Sentyabr 2022 02:45

Geridə qoyduğumuz qızmar yay mövsümündə dünyaca məşhur cütlüklər arasında əsən soyuq yellər buz dağına çevrildi.  

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, 2022-ci ilin yayında ayrılıq və boşanma xəbərləri ilə dünya mətbuatının gündəminə damğa vuran bir sıra məşhurların sona çatan sevgi romanlarını təqdim edir.  

Silvestr Stallone və Cennifer Flavin 34 il birlikdə  

25 illik evlilikdən sonra Silvestr Stallone ilə üçüncü həyat yoldaşı Cennifer Flavinin sevgi hekayəsi bitdi.  

Cütlüyün münasibəti 1988-ci ildə başlayıb. 6 il sonra isə Stallone model Cenis Dikinsonla eşq yaşayır. Bu münasibət 1 il davam edib. Sonra aşiqlər ayrılır. 1997-ci ildə isə yenidən bir araya gələn Silvester və Cennifer evlənirlər. Bu evlilik dönəmində aşiqlərin üç övladı oldu.  

İndi isə Stallone ilə Flavin ciddi bir boşanma prosesi ilə üzləşib. Stallonenin sərvəti 400 milyon dollar qiymətləndirilir.  

Şakira və Jerard Pike 11 il birlikdə  

Bu yay Şakira və Jerard Pike ulduz ittifaqı ortadan çat verdi. Ən gözəl cütlüklərdən biri Barselona ulduzunun xəyanətinə görə darmadağın oldu.  

"Ayrıldığımızı təsdiqlədiyimiz üçün təəssüflənirik. Uşaqlarımızın rifahı bizim əsas prioritetimiz olaraq qalır, məxfiliyimizə hörmət edilməsini xahiş edirik. Anladığınız üçün təşəkkür edirəm", - deyə Şakira mediaya müraciət edib.  

Ancaq bir neçə həftədən sonra paparassilər Pikenin 23 yaşlı yeni sevgilisi Klara Çia Marti ilə birgə olduğunu təsdiqləyən fotolarını yaydılar.  

Emily Ratakovski və Sebastian Bir-MkKlard 4 il birlikdə  

Emily Ratakovski əri Sebastian Bir-MkKlardın xəyanətinə görə, münasibətlərini sonlandırdı. Mətbuatın yazdığına görə, "Don Juan"lıq edən Sebastian qızların diqqətinə həris olub və nə etdiyini anlayanda artıq gec olub.  

Ailəsi və bir yaşlı oğlu üçün həyat yoldaşından onu bağışlaması üçün yalvarsa da, Ratakovski rədd cavabı verib. "Emrata" boşanmaqda israrlı idi.  

Leonardo Dikaprio və Kamila Morrone 4 il birlikdə  

Yayın son günündə Leonardo Di Kaprio "başını itirdi" desək, heç də yanılmarıq. Aşiqlərin 4 illik "sevgi romanları" bir göz qırpımında "yanaraq kül oldu". Kamila 25 yaşına qədəm qoyan kimi Leo ondan üz döndərdi. Təcrübə göstərir ki, Oskar mükafatlı aktyor yaşlı xanımlarla roman fırlatmır.  

Romeo Bekham və Mia Reqan 3 il birlikdə  

Gənc yaşına baxmayaraq, Bekhemlərin 20 yaşlı oğlu Romeo ciddi münasibət təcrübəsi ilə öyünür. Gənc futbolçu sevgilisi Mia Reqan ilə üç il əvvəl tanış olub. Mətbuatın yazdığına görə, roman ayrılığa dözə bilməyib: bir il əvvəl Romeo Amerikanın "İnter Mayami II" klubu ilə müqavilə imzalayıb, Mia isə Londonda evində qalıb.  


Etiketlər:  məşhurların puç olan sevgi romanları FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ