Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:20
Genişmiqyaslı etiraz fonunda ölkəni tərk edən Şri-Lankanın eks-prezidenti Qotabaya Racapaksa vətəninə qayıdıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, eks-prezident Sinqapurdan keçməklə vətəninə qayıdıb. Racapaksa hava limanında bir neçə nazir tərəfindən qarşılanıb.
O, iyulun 13-də kütləvi etirazlar fonunda istefa verdiyini açıqlayıb.
Bundan sonra parlament yeni prezident, əvvəllər baş nazir postunu tutmuş Ranil Vikramasinqe üçün seçkilər keçirib. Vikramasinqe iyulun 21-də and içib.