Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 11:38
Lixtenşteyn Assambleyasının sessiyasında zəlzələdən sığorta mövzusu müzakirə olunub. Zəlzələdən sığortanın icbari hala salınmasının zəruri olub-olmaması müzakirə olunduğu əsnada həqiqətən də zəlzələ baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, zəlzələnin gücü 4,1 bal olub.
Qorxu dolu anlar kameraya əks olunub.
Deputat Bettina Petzold-Mahr şiddətli zəlzələ olacağı halda binalara ziyan dəyə biləcəyini söyləyib. Elə bu əsnada da bina silkələnib. Bettina özü və bəzi deputatlar vəziyyəti təbəssümlə qarşılayıblar.