Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ev dustaqlığına buraxılan Gülşənin konsertləri necə olacaq?

Ev dustaqlığına buraxılan Gülşənin konsertləri necə olacaq?

Tarix: 3 Sentyabr 2022 16:42

Ev dustaqlığına buraxılan müğənni Gülşənin daha əvvəl razılaşdığı konsertlərinin aqibətinin necə olacağı araşdırılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı eyni zamanda bu gün İzmirdə verməyi planlaşdırdığı konsertinə qatıla bilməyəcək. Məşhur sənətçinin yerinə Gülşəni konsertlərdə müşayiət edən orkestr və vokalçılar səhnəyə çıxacaq. Orada Gülşənin mahnıları səsləndiriləcək, klipləri nümayiş olunacaq.

Tədbirlə bağlı "İzmir Beynəlxalq Sərgisi Konsertləri çərçivəsində bu gün proqrama daxil olan Gülşən konsertini məcburi səbəblərdən fərqli şəkildə təqdim edəcəyik. Sənətçimiz qanuni məhdudiyyətlər üzündən səhnəyə çıxa bilməyəcək, bu da ictimaiyyətə məlumdur. Lakin Gülşenin qrupu səhnədə olacaq. Sərgidə ziyarətçilər pulsuz iştirak edəcəklər. Gülşənin mahnılarının səsləndiriləcəyi və kliplərin nümayiş olunacağı konsert sizi gözləyir" açqılaması yayılıb.

Milli.Az


Etiketlər:  dustaqlığına buraxılan Gülşənin konsertləri necə olacaq


RƏYLƏR