Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu oyuna xüsusi hazırlaşmışdıq'' - Laurentsiu Regekampf

''Bu oyuna xüsusi hazırlaşmışdıq'' - Laurentsiu Regekampf

Tarix: 3 Sentyabr 2022 23:46

"Ağır oyun oldu. Təəssüf ki, Kenni Sayef isinmə hərəkətləri edərkən zədələndi. Daha sonra Vato Arveladze də zədə aldı. Ümid edirəm ki, ciddi zədə deyil".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Bakcell Arena"da "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın V tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis nəticədən razı qaldığını bildirib: "Gilyerme Pato yaxşı oyunçudur. Bir həftə vaxt verməlisiniz ki, bu mövzu ətrafında danışaq. Kenni zədələnməsəydi, oyunumuz daha fərqli ola bilərdi. Bu oyuna xüsusi hazırlaşmışdıq. İstəyirəm ki, oyunçularım yüksək səviyyəyə qalxsın. Ona görə ağır fiziki məşqlər keçirik. Etiraf edirəm, mümkündür ki, zədə çoxluğu bununla da əlaqədar olsun".

47 yaşlı baş məşqçi Sayefin zədələndiyi epizodu da şərh edib: "Bu, Emin Mahmudovla toqquşma zamanı oldu. Emin dönüb başqa istiqamətə qaçmaq istəyəndə Kenniyə dəydi. Vato Arveladzenin isə bir az daha çox vaxta ehtiyacı var. Onu meydana daha sonra buraxmağı, 35-40 dəqiqə oynatmağı düşünmüşdüm. Məcburiyyətdən onu start heyətdə meydana daxil etdim. Azər Əliyevin qıcolması isə normaldır. Çünki 2 həftə əvvəl zədədən qayıtmışdı. Tam bərpa üçün vaxtı olmamışdı. Bu gün meydanda oldu, yaxşı da çıxış etdi. Onu məcburiyyətdən zədə Azər Salahlının yerinə müdafiənin solunda oynatdım. Yaxşı mənada məni təəccübləndirdi. Epizodları yaxşı hiss etməyi var. Artıq 2 oyuna 1 qol və 1 məhsuldar ötürməyə imza atıb. Ümid edirəm ki, Azərbaycan pasportu da alıb millinizə kömək edər".


Etiketlər:  oyuna xüsusi hazırlaşmışdıq Laurentsiu Regekampf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ