Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 17:18
Masallı rayonunun Qəzvinoba kənd orta məktəbinin binası yararsız vəziyyətdədir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, valideynlər övladlarının taleyindən narahatdırlar.
Deyirlər ki, hər an məktəbdə uçqun ola bilər.
Məktəbin təlim-tədris üçün yararsız vəziyyətdə olması ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə və Lənkəran - Astara Regional Təhsil idarəsinə müraciət olunub. Mövcud vəziyyət nəzərə alınaraq dərslərin keçirilməməsi ilə bağlı qərar verilib.
Lənkəran - Astara Regional Təhsil idarəsinin sektor müdiri Emil Axundov bildirib ki, yeni məktəb binası tikilənədək şagirdlərin qonşu təhsil ocaqlarına yerləşdirilməsi üçün müvafiq tədbirlər görülür.
Qeyd edilib ki, yaxın gələcəkdə yeni məktəb binasının tikintisinə başlanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: