Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden sözünü kəsməyə çalışan etirazçını “axmaq” adlandırdı

Bayden sözünü kəsməyə çalışan etirazçını “axmaq” adlandırdı

Tarix: 6 Sentyabr 2022 08:02

ABŞ Prezidenti Co Bayden ölkənin Viskonsin ştatında çıxışı zamanı onun sözünü kəsməyə çalışan "axmaq" adlandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Əmək Günü şərəfinə təşkil edilən tədbirdə çıxışı zamanı Amerika lideri keçmiş prezident Donald Trampın tərəfdarlarını yenidən tənqid edərək, "Amerikanın ruhu üçün mübarizə vəziyyətindəyik" deyib. Bundan sonra zalda qışqırıq səsləri eşidilməyə başlayıb.

"Onu buraxın, hər kəsin axmaq olmaq hüququ var. MAGA-Respublikaçılar və qapıda göstərilən oğlan demokratiyanı məhv edir"", - deyə Bayden göstəriş verib.

Son həftələrdə Bayden dəfələrlə respublikaçıları tənqid edərək bildirib ki, onun sələfi Tramp və onun tərəfdarları Amerika siyasi sisteminin əsaslarını təhdid edən ekstremizmin təcəssümüdür.

Milli.Az


Etiketlər:  Bayden sözünü kəsməyə çalışan etirazçını axmaq adlandırdı


RƏYLƏR