Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın səfər seriyası: Dünya ikincisi

“Qarabağ”ın səfər seriyası: Dünya ikincisi

Tarix: 6 Sentyabr 2022 08:26

Səfər qələbələrindən ibarət ən uzun davam edən seriyalar açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, cədvəldə Azərbaycan çempionu "Qarabağ" da yer alıb.

Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 7 səfər matçında xal itirməyib. Bu, milli çempionatların yüksək dəstələri üçün dünyada ikinci seriyadır.

Yalnız "Altın Asır" Türkmənistan çempionatında 11 səfərdə qalib gəlib. "Qarabağ" isə planetin ikincisi olmaqla həm də Avropada ən yaxşıdır.

Qeyd edək ki, davam edən seriyalar arasında mütləq dünya rekordu "Brann"a məxsusdur. Norveçin aşağı liqa təmsilçisi 12 səfərdən itkisiz ayrılıb.

Milli.Az


Etiketlər:  Qarabağın səfər seriyası Dünya ikincisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ