Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib'' - Zelenski

''Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib'' - Zelenski

Tarix: 6 Sentyabr 2022 08:45

Zelenski: Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib.

Ukrayna Prezidenti Volodimir Zelenski "ABC NEWS" telekanalına müsahibəsində belə deyib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunlarının diqqəti təkcə Xerson vilayətində hücuma yönəlməyib. Müdafiəçilərin əks-hücum fəaliyyəti üçün bir çox istiqamətlər var.

Jurnalist Ukrayna hərbçilərinin niyə məhz Xerson vilayətində əks-hücum əməliyyatı barədə soruşub.

"Mən əks-hücumun təkcə Xerson istiqamətində olduğunu deməzdim... İstiqamət və ya istiqamətlər var - çoxdur və biz irəliləməliyik", - Prezident cavab verib.

Eyni zamanda, Zelenski qeyd edib ki, heç bir hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz.

"İstəyirəm, düşmən bizdən sürprizlər alsın". - dövlət başçısı vurğulayıb.

Zelenski qeyd edib ki, olduqca ağır müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.

"Bu vəzifə çətindir və bu, təkcə bizdən asılı deyil, əminəm ki, belə də olacaq. Bu, sadəcə, zaman məsələsidir", - Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, ölkə öz torpağını düşmənə verməyəcək.


Etiketlər:  Ukrayna ordusu neçə istiqamətdə əks hücuma keçib Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ