Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtobusun təkərlərinin altına “Molotov kokteyli” atıb

Avtobusun təkərlərinin altına “Molotov kokteyli” atıb

Tarix: 6 Sentyabr 2022 12:38

Sankt-Peterburqda şəhərin Mərkəzi Dairəsinin polisi Suvorovski prospekti ilə 9-cu Sovetskaya küçəsinin küncündə avtobusun təkərlərinin altına "Molotov kokteyli" atan naməlum şəxsi axtarır.

Sonxeber.net bildirir ki, bu barədə "Fontanka" məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə sentyabrın 4-də saat 23:30 radələrində baş verib. Xuliqan "Molotov kokteyli"ni yandıraraq avtobusa tərəf atıb, daha sonra isə Vosstaniye küçəsinə doğru qaçıb.

Avtobusda sərnişinlər olub, xəsarət alan olmayıb. Sürücü ehtiyatla tüstüləyən butulkadan uzaqlaşıb.

Hadisə yerinə gələn polis əməkdaşları butulkadan barmaq izlərini götürüb və 9-cu Sovetskaya küçəsi, 9/30 ünvanında yerləşən evdən müşahidə kamerasının görüntülərini tələb ediblər.

İrfan Vəliyev


Etiketlər:  Avtobusun təkərlərinin altına Molotov kokteyli atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ