Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 14:30
"Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji "Sent Etyen"in heyətində debüt edib.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, Fransa Liqa-2-də çıxış edən "Sent Etyen" səfərdə "Pau" ilə qarşılaşıb.
Seneqallı hücumçu 66-cı dəqiqədə əvəzetmədən meydana daxil olub.
84-cü dəqiqədə hakim Vadjiyə qarşı kobudluğa görə meydan sahiblərinin qapısına penalti təyin edib və beləliklə, "Sent-Etyen" məğlubiyyətdən qurtulu - 2:2.
7 oyundan sonra 4 xal toplayan "Sent Etyen" 20 komanda arasında 19-cu yeri tutur.