Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: ''Yunanıstan bunun fərqindədir''

Ərdoğan: ''Yunanıstan bunun fərqindədir''

Tarix: 6 Sentyabr 2022 21:15

"Yunanıstan Türkiyəyə necə münasibət göstərəcəyi barədə ətraflı düşünəcək. Əks halda hər dəfə dediyim kimi, bir gecə ansızın gələ bilərik".

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə keçirdiyi brifinqdə bildirib.

"Son həftələr çıxışlarımda Yunanıstanla bağlı açıqlamalarım, yəqin ki, diqqətinizi çəkib. Müdafiə Nazirliyimiz lazımı müzakirələri aparır.

Yuanıstan baş verənlərin fərqindədir və buna görə hərəkətlərini tənzimləməyə başlayıb", - Türkiyə lideri qeyd edib.

Xatırladaq ki, 4 sentyabr tarixində Samsun şəhərində keçirilən "Teknofest Karadeniz" Aerokosmik və Texnologiya Festivalında çıxış edən Rəcəb Tayyib Ərdoğan söyləyib: "Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana bir cümləmiz var: İzmiri unutma! Vaxtı-saatı gələndə lazım olanı edəcəyik. Bir gecə ansızın gələ bilərik", - Türkiyə lideri vurğulayıb.

Milli.Az


Etiketlər:  Ərdoğan Yunanıstan bunun fərqindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ