Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahirin komandası "Çelsi"yə qalib gəldi

Mahirin komandası

Tarix: 6 Sentyabr 2022 23:56

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) Çempionlar Liqasının E qrupunda ilk oyununa çıxıb.

Xorvatiya təmsilçisi evdə İngiltərə nəhəngi "Çelsi"ni qəbul edib. Görüş Zaqreb klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli ehtiyatda qalıb.

Çempionlar Liqası, E qrupu, 1-ci tur

6 sentyabr

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Orsiç, 13

Baş hakim: İstvan Kovaçs (Rumıniya)

"Maksimir" stadionu

Milli.Az


Etiketlər:  Mahirin komandası Çelsiyə qalib gəldi


RƏYLƏR