Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 14:30
Avro zonasının rekord qaz qiymətləri fonunda tənəzzüllə üzləşə biləcəyi istisna olunmur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu cümə axşamı Avropanın iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni "Der Spiegel" jurnalına müsahibəsində deyib.
"Bunu (avrozonada tənəzzül - red.) heç kim istisna edə bilməz. İnflyasiyanın hazırkı səviyyəsi iqtisadiyyatımızda qeyri-sabitliyə gətirib çıxaracaq, qarşıdan gələn qış tarixin ən pis fəsillərindən biri ola bilər. Biz görünməmiş qeyri-müəyyənliklə üzləşmişik. Amma bütövlükdə Aİ iqtisadiyyatının göstəriciləri əvvəlki kimi müsbətdir, əmək bazarında vəziyyət yaxşıdır", - deyə o bildirib.