Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“CNN-dən zəng edirlər” - Kraliçayla görüşən Xalq rəssamı

“CNN-dən zəng edirlər” - Kraliçayla görüşən Xalq rəssamı

Tarix: 9 Sentyabr 2022 19:40

Bir neçə dəfə İngiltərə kraliçası ilə görüşən və ona hədiyyə təqdim edən Xalq rəssamı Sakit Məmmədov İkinci Elizabetin ölüm xəbərindən danışıb.

Milli.Az xəbər verir ki, bu barədə tanınmış sənətçi olay-a açıqlama verib.

O deyib ki, bu ölüm xəbərinə görə kədərlidir:

"Pablo Pikasso, Salvador Dali kimi rəssamları zamanında qəbul etməmişdi. Amma məni qəbul etməyi, əsərlərimi saraya asdırmağı, iki əsərimin kolleksiyasında olmağı mənim üçün sevindiricidir. Həm də Azərbaycana məxsus əsərin sarayında olması böyük nailiyyətdir. Bu, əbədi olaraq onun muzeyində saxlanılacaq. O heç kimi bu qədər uzun müddət qəbul etmirdi. Mənim üçün əbədi xatirə kimi qaldı.

Dünəndən çox insan zəng edir. İngiltərədən dostlarım da zəng etmişdi, CNN-dən də yığırlar, digər kanallardan da. Onu yaxından görmüşəm və dünyadan köçməyi mənim üçün üzücü oldu. Hər şeyin bir sonu, yekunu var. 96 il yaşadı, bütün dünyanı idarə edirdi. Allahın işidir, ən böyük kral da, rəssam da, idarə edən də Tanrıdır. Onun da missiyası bu qədər imiş".

Qeyd edək ki, S. Məmmədov İkinci Elizabetə "Bahar qızı" adlı tablosunu, Azərbaycan kəlağayısını bağışlayıb. O, həm də fonda Azərbaycan xalçasının əks olunduğu Roma papasının portretini çəkib.

Milli.Az


Etiketlər:  CNN dən zəng edirlər Kraliçayla görüşən Xalq rəssamı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ