Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvilinin oğlu: ''Atam SƏHV ADDIM atdığını anladı...''

Saakaşvilinin oğlu: ''Atam SƏHV ADDIM atdığını anladı...''

Tarix: 9 Sentyabr 2022 22:22

"Atam Gürcüstana gəlməyin səhv olduğunu anlayıb. Bunu ondan dəfələrlə eşitmişəm. O, fikirləşir ki, bura gəlməməli idi".

Sonxeber.net xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin oğlu Eduard Saakaşvili "Vivamed" klinikasında atasına baş çəkdikdən sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, hazırda əsas məsələ atasının sağlamlıq məsələsidir:

"Bu gün atamın sağlamlıq vəziyyəti həqiqətən prioritet məsələdir. Onun belə bir vəziyyətdə hər hansı siyasi fəaliyyətlə məşğul olmasını təsəvvür etmək çətindir. Buna baxmayaraq, uzunmüddətli perspektivdə onun Ukraynada ya başqa bir yerdə olub-olmayacağını bilmirik. Düzünü desəm, bunun mənim üçün o qədər də əhəmiyyəti yoxdur və bu məsələ onun özünü də çox narahat etmir. Hazırda onun səhhəti siyasi planlar qurmaq vəziyyətində deyil, daha çox sağ qalmağa ehtiyyac duyur. Atam başa düşür ki, bura gəlmək səhv addım olub", - deyə Eduard Saakaşvili qeyd edib.

Sabiq prezidentin oğlu əlavə edib ki, sonuncu dəfə atasını iyul ayında görüb. Hazırkı vəziyyəti ilə 2 ay əvvəlki vəziyyəti arasında o qədər də fərq yoxdur, lakin çəkisində azalma müşahidə edilir. (publika.az)


Etiketlər:  Saakaşvilinin oğlu Atam SƏHV ADDIM atdığını anladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ