Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:10
Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP ("Most Travelled People"- red) klubunun təsisçisi Şarl Veleydir.
Beynəlxalq səyahətçilər ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə yollanıblar. Onlar səfər zamanı Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.