Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:30
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, yığmamız AVRO-2023-ün təsnifat mərhələsində son matçına çıxacaq.
D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriyanın qonağı olacaq. Bu qarşılaşma AVRO-2023-ə vəsiqə baxımından həlledici xarakter daşıyır.
Sloveniyanın ardınca qrup ikincisi olacaq və bununla da final mərhələsinə yüksələcək komandanın adı bəlli olacaq.
Şvexat şəhərində təşkil olunacaq matçda Azərbaycan voleybolçularına 1 xal da yetərlidir. Yığmamız iki setdə qələbə qazansa, bu, AVRO-2023-ə vəsiqə verəcək. 2005-ci ildən başlayaraq final mərhələlərinin daimi iştirakçısı olan millimiz ardıcıl 10-cu dəfə həlledici raunda yüksələ bilər.
Qeyd edək ki, AVRO-2023-ün final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.
AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu, VI tur
10 sentyabr
22:25. Avstriya - Azərbaycan
Şvexat. "Multiversum" İdman Sarayı
1 |
Sloveniya |
5 |
5 |
0 |
15-4 |
447-359 |
14 |
2 |
Azərbaycan |
5 |
3 |
2 |
11-6 |
377-331 |
9 |
3 |
Avstriya |
5 |
2 |
3 |
8-9 |
359-357 |
7 |
4 |
Gürcüstan |
5 |
0 |
5 |
0-15 |