Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:34
Aİ ölkələrinin iqtisadiyyat və maliyyə nazirləri Ukraynaya fövqəladə makromaliyyə yardımı proqramının növbəti hissəsini təsdiqləyiblər və ona əlavə 5 milyard avro güzəştli kredit almaq üçün lazım olan təminatları verməyə razılaşıblar.
"Bu, Ukraynaya 9 milyard avro məbləğində təcili makromaliyyə yardımının ümumi paketinin bir hissəsidir. Birinci hissə, yəni 1 milyard avro avqustun əvvəlində ödənilib və biz bu paketin qalan məbləğini ödəməyə çalışırıq", - deyə Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib.
O qeyd edib ki, uzun sürən hərbi əməliyyatlar səbəbindən Ukraynada iqtisadi vəziyyət kəskin şəkildə pisləşib.