Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:44
Xorvatiyanın mərkəzi hissəsində sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 3 nəfər ölüb.
"Qeyri-rəsmi məlumata görə, üç nəfər həlak olub", - məlumatda deyilir.
Qəza zamanı 11 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi açıqlanmır.