Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çənəsi sınan aktyor tanınmaz hala düşdü - FOTO

Çənəsi sınan aktyor tanınmaz hala düşdü - FOTO

Tarix: 10 Sentyabr 2022 14:25

Hollivud ulduzu Zak Efronun başına iş gəlib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkələrdə yayılan görüntülərdən sonra üzündəki ciddi dəyişikliklərə səbəb olan hadisəni danışıb.

O bildirib ki, evində qaçarkən yıxılaraq başını fontana vurub və huşunu itirib. Ayıldıqdan sonra isə çənə sümüyünün sallandığını görüb.

Aktyor zədədən sonra üz əzələlərinin həqiqətən böyüdüyünü və buna görə də terapevt yanına getdiyini deyib.

Zakın son halını görən istifadəçilər onu tanımaqda çətinlik çəkdiyini bildiriblər.


Etiketlər:  Çənəsi sınan aktyor tanınmaz hala düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ