Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı - VİDEO

Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı - VİDEO

Tarix: 10 Sentyabr 2022 21:57

Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala vilayətinin Bozcaada bölgəsində Komor adaları bayrağı altında üzən "Anadolu" adlı gəmiyə atəş açıb.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bozcaadanın 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda üzən gəmiyə atəş açılması nəticəsində ölən və yaralanan olmayıb.

Gəmidə 18 nəfər olub. Onlardan 6-sı Misir, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır.

Hazırda gəmini Türkiyənin iki sahil mühafizə gəmisi müşayiət edir.


Etiketlər:  Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ