Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 20:08
İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşaya bilən və ömrünü proqnozlaşdırmaq mümkün olmayan meduza növünü tədqiq etməyə başlayıblar.
Elm adamları tədqiqat çərçivəsində meduzadan alacaqları məlumatların insanlara tətbiq edilib-edilə bilməyəcəyini öyrənməyə çalışacaqlar.
Tədqiqatçılar özünü yeniləyən meduzanın genlərindəki sirri açmağa çalışırlar. Bu sirr açılsa, işin ikinci mərhələsinə keçiləcək.
Elm adamları meduzanın DNT-sinin xüsusilə insana bənzəyən hissələri üzərində araşdırma aparırlar. Elm adamları məqsədlərinə çatsalar, bəşəriyyət üçün yeni bir dövr başlayacaq.