Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 23:36
Azərbaycanın daha bir güləşçisi dünya çempionatında final görüşünə çıxıb.
Serbiyanın paytaxtı Belqraddakı mundialın ikinci günündə Ülvi Qənizadə çempionluq qarşılaşmasında qüvvəsini sınayıb.
72 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçimiz serbiyalı Ali Feyzollah Arsalan ilə üz-üzə gəlib. Güləşçimiz 4:7 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.
Bu, yığmamızın ikinci medalı olub. 55 kq çəkidə Eldəniz Əzizli dünya çempionu adına yiyələnib.
Qeyd edək ki, sabah yunan-Roma millimiz daha 4 medal qazanmaq imkanına malikdir. Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici qarşılaşmada mübarizə aparacaq.