Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 20:06
Britaniyalı yaşlı turist Mayorkada tətil edərkən həyat yoldaşının gözü qarşısında dənizdə boğulub.
Sonxeber.net bildirir ki, bu barədə "The Sun" yazıb.
Həyat yoldaşı ilə birlikdə İspaniya kurortuna gələn 78 yaşlı kişi məşhur turist çimərliyi Kan-Pere-Antonidə dincəlməyə gedib. Dənizdə çimərkən kişi tək qalıb və istirahət edənlər onun huşsuz halda üzdüyünü görüblər. Köməyə gələn xilasedicilər britaniyalını sudan çıxararaq onu həyata qaytarmağa çalışsalar da, səyyah ölüb.
İzdihamlı çimərliyə gələn polislər çimərlikdə istirahət edənləri qorxutmamaq üçün turistin cəsədini günəş şezlongları ilə örtməyə məcbur olublar. Britaniyalının ölümünün hansı şəraitdə olduğu araşdırılır.
İrfan Vəliyev