Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rayonlararası sərnişindaşımada kartla ödəniş mümkün ola bilər

Rayonlararası sərnişindaşımada kartla ödəniş mümkün ola bilər

Tarix: 13 Sentyabr 2022 17:24

Sentyabrın 8-də Prezident İlham Əliyev Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsini təsdiqləyib.

Nizamnamədə Agentliyin vəzifələrindən biri kimi rayon və şəhərlərarası fəaliyyət göstərən avtobuslarda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sistemi yaradılmasıdır.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İnformasiya Sistemi çərçivəsində şəhərlərarası/rayonlararası müntəzəm avtobus marşrutlarında biletin onlayn qaydada əldə edilməsi üçün sistemin yaradılması üzərində iş aparılır.

Bildirilib ki, hazırda layihə çərçivəsində sistemin sınaq işləri görülür. Sınaq işləri başa çatandan sonra sistem əhalinin istifadəsinə veriləcək.

Milli.Az


Etiketlər:  Rayonlararası sərnişindaşımada kartla ödəniş mümkün bilər


RƏYLƏR