Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 18:14
Böyük Britaniyanın Abinqdon şəhərindən olan 33 yaşlı Eydan Rouen ildırım vurması nəticəsində ağır yaralanıb.
Sonxeber.net bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.
Kişi öz qonaq otağında oturaraq "Playstation 5"-də "Stray" oyunu oynayarkən onu ildırım vurub. "Göy gurultusu kimi çox güclü bir səs çıxdı və sonra bütün bədənimə çox ağır bir şey düşdü", - o xatırlayıb. Onun sözlərinə görə, ildırım vurmasından sonra o bir neçə saniyəyə huşunu itirib.
Zərərçəkmiş xəstəxanaya aparılıb. Məlum olub ki, ildırım vurması nəticəsində o, qolundan 60-a yaxın yanıq, ayağından da yanıq xəsarətləri alıb. Bundan əlavə, onun əzələləri zədələnib və ovucunun içində ulduza bənzər bir ləkə qalıb.
"Düşünürəm ki, son dəfə tufan zamanı oyun oynadım", - kişi deyib.
İrfan Vəliyev