Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyüldü - VİDEO

Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyüldü - VİDEO

Tarix: 13 Sentyabr 2022 18:20

Bakıda naməlum şəxslər taksi sürücüsünü döyüblər.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,hadisənin Qaradağ rayonu, Lökbatan dairəsində baş verdiyi bildirilir.

Görüntülərdə naməlum iki nəfər hərəkətdə olan "Azsamand" markalı taksi avtomobilinin qapısını açaraq içəri daxil olur. Sonra onlar sürücünü döyməyə başlayırlar.

Hadisə anı arxadan gələn nəqliyyat vasitəsinin videoqeydiyyat cihazına yazılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a hadisədən məlumatlı olduqları bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Hadisə anının görüntülərini təqdim edirik:


Etiketlər:  Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyüldü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ